AZAL hava gəmilərinin təhlükəsizliyini təmin etmədiyinə görə cərimələndi - QƏRAR

OXUNUB: 467 SOSİAL
Xəzər Rayon Məhkəməsində "Azərbaycan Hava Yolları" QSC (AZAL) barəsində yazılmış cərimə protokoluna baxılıb.
 
Hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 
Qərara əsasən, inzibati tənbeh tətbiq edilib, yəni şirkətə cərimə kəsilib.
 
Qeyd: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 295.2-ci (Hava gəmisinin istismarçısı tərəfindən hava gəmilərinin təhlükəsizliyinin təmin edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

RƏYLƏR