AZAL-ın təyyarəsi Moskvada məcburi eniş etdi

OXUNUB: 764 SOSİAL

"Azərbaycan Hava Yolları" aviaşirkətinin (AZAL) Bakıdan Sankt-Peterburqa uçan təyyarəsi Moskvanın "Domodedovo" aeroportunda məcburi eniş edib.

Bu barədə aviaşirkətdən bildiriblər. Peterburqun "Pulkovo" aeroportundakı xüsusi tədbirlə əlaqədar olaraq təyyarə Moskvaya yönəldilib və orada uğurlu eniş edib. Təyyarənin göyərtəsində 163 sərnişin və 7 ekipaj üzvü olub.

Xatırladaq ki, "Airbus A320” təyyarəsi Bakıdan səhər saat yeddidə uçub və 10:10-da "Pulkovo”da yerə enməli idi. Moskvadan Sankt-Peterburqa uçuş müvafiq icazənin alınmasından sonra olacaq.

Öz növbəsində Sankt-Peterburqdan Bakıya əvvəlcə saat 22:50-yə nəzərdə tutulmuş əks-reys də yubanır. /virtual
 
 
 
İcmal.Az

RƏYLƏR