Azər Həsrət: “Gerbin “herb” kimi yazılması təklifini dəstəkləyirəm”

OXUNUB: 773 SOSİAL
"Gerbin "herb” kimi yazılması təklifini anlayıram. Əslində, hörmətli deputat çox ciddi bir məsələnin üzərinə gedib. İş ondadır ki, uzun illər ərzində Azərbaycan dili xarici sözləri rus dili vasitəsilə alıb. Bu da ona səbəb olub ki, orijinald h hərfilə, yaxud da g ilə olan sözlər bizim dilimizə uyğun olaraq g və q ilə keçib”. 
Bunu Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət bu gün "Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun layihəsi müzakirə olunarkən Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynovun dilimizdə "gerb” əvəzinə, "herb” yazılması təklifinə münasibət bildirərkən deyib.
 
O, qeyd edib ki, Azərbaycan dili imkan verir ki, o hərflər olduğu kimi saxlansın: "Ona görə də düşünürəm ki, g və ya h hərf dəyişimi, eləcə də g və ya q hərf dəyişimi aradan qaldırılmalıdır. Mən bu məsələdə hörmətli dedputatı dəstəkləyirəm”, - deyə o, bildirib./BNEWS.az
 
İcmal.Az

RƏYLƏR