Azərbaycan Diasporuna Dəstək Fondu BMT-nin Sammitində təmsil olundu (FOTOLAR)

OXUNUB: 571 GÜNDƏM
Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktorunun müavini Aytən Əliyeva  BMT-nin 74-cü Baş Məclisi çərçivəsində Dayanıqlı İnkişaf Məqsədləri Sammitində iştirak edib.

İcmal.Az xəbər verir ki, sentyabrın 23-25 -də, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktorun müavini Aytən Əliyeva  BMT-nin 74-cü Baş Məclisi çərçivəsində Dayanıqlı İnkişaf Məqsədləri Sammitində iştirak edib.

Qeyd edək ki, BMT-nin 74-cü sessiyasında qlobal problemlərin bütün spektrini əhatələyən - kəskin regional münaqişələrdən tutmuş dövrümüzün əsas iqtisadi, ekoloji və humanitar problemlərini özündə əks etdirən 170-dən çox məsələ müzakirə edilib. Sessiyada həmçinin ölkə nümayəndə heyətlərinin akkreditasiyası ilə məşğul olan etimadnamə komitəsinin üzvləri təyin edilib.
 
 


İcmal.Az

RƏYLƏR