Azərbaycan finala keçə bilmədi - İlk dəfə+Video

OXUNUB: 1680 ŞOU-BİZNES
Xəbər veridiyimiz kimi, Portuqaliyanın paytaxtı Lissabonda "Eurovision 2018" mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir.
 
İcmal.Az-ın məlumatına görə, gecədə 19 ölkənin təmsilçisi mahnılarını səsləndirib.

 

Yarışmada "I cross my heart” mahnısını ifa edən təmsilçimiz Aysel Məmmədova (Aisel) finala çıxa bilməyib.

Lakin finalda Avstriya, Estoniya, Kipr, Litva, İsrail, Çexiya, Bolqarıstan, Albaniya, Finlandiya, İrlandiya səhnə alacaq.

Qeyd edək ki, finala vəsiqə qazanmış 10 ölkənin təmsilçiləri canlı şoudan sonra mətbuat konfransı keçirəcək. Bu mətbuat konfransında püşkatma nəticəsində finala keçən 10 ölkənin mayın 12-də çıxış ardıcıllığı müəyyən olunacaq.

İkinci yarımfinal mayın 10-da, final isə mayın 12-də keçiriləcək.

 
İcmal.Az

RƏYLƏR