Azərbaycan İstilik Elektrik Stansiyasında yanğın baş verib

OXUNUB: 508 HADİSƏ

Bu gün səhər radələrində Mingəçevirdə,  Azərbaycan İES-də bir transformator yanıb. Hadisə zamanı əraziyə yanğınsöndürmə briqadası cəlb edilib və yanğın söndürülüb.

Stansiyada çalışanların bildirdiyinə görə, hadisə baş verən kimi onları ərazidən uzaqlaşdırıblar. "Güclü partlayış olmasa da xəbərdarlıq edildi ki, ərazini boşaldın. Hadisənin təsirindən bir neçə nəfər işçinin halı pisləşdi”-şahidlərdən biri müxbirimizlə söhbətində belə deyib.

Təcili yardım briqadasının həkimi  Elşən Kazımov məlumat verib ki, yanıq xəsarəti alan olmasa da təyziqi yüksələn, həyacandan halı pisləşənlər var idi və  onlara ilkin yardım göstərilib.

"Azərenerji”nin mətbuat katibi Teymur Abdullayevin mətbuata açıqlamasına görə, nasazlıq dərhal aradan qaldırılıb, respublikanın enerji təchizatında heç bir problem yaranmayıb.

 

RƏYLƏR