Azərbaycan könüllüləri Türkiyədə 8 mart münasibəti ilə zəlzələdən zərərçəkən qadınları sevindirib - FOTO

OXUNUB: 499 SOSİAL

Azərbaycan könüllüləri qardaş Türkiyədə 8 mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə çadır şəhərciklərində yaşayan qadınlara hədiyyələr təqdim ediblər.

 

Hədiyyələrin təqdim olunması zamanı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyye Ərdoğan da könüllülərə qoşulub.

Qeyd edək ki, Azərbaycan könüllüləri artıq 1 aya yaxındır ki, Türkiyənin zəlzələ baş vermiş bölgələrində könüllü fəaliyyəti çərçivəsində zərərçəkmiş şəxslərə qida, geyim, dərman, gigiyenik vasitələr və müxtəlif yardımların boşaldılması, çeşidlənməsi, paylanmasını həyata keçirir və digər dəstəkverici xidmətləri göstərirlər.

 

RƏYLƏR