Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Fəxri üzv seçildi

OXUNUB: 1028 GÜNDƏM Özəl QHT
7NEWS.az xəbər verir ki, "Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi” nin idarə heyətinin qərarı ilə Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü  cənab  Rəşad Məcid AQDİM-nin idarə heyətinin Fəxri Üzvü seçilib. 
Mətbuat Şurasında görüş zamanı AQDİM-nin idarə heyətinin sədri Fuad Rəsul  və Mərkəzin icraçı direktoru Kamil Hüseynov 22 iyul Milli Mətbuat Günü münasibətilə cənab sədri səmimi qəlbdən təbrik edərək, informasiya sahəsində, xüsusəndə gənclər arasında qan donorluğunun təbliğatının aparılmasında və gücləndirilməsində göstərilən böyük dəstəyə görə  təşəkkür etmişlər.
AQDIM-nin mətbuat xidmətindən verilən  məlumata əsasən, "Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi” nin əsas məqsədi Azərbaycan Respublikasının müvafiq dövlət orqanları və özəl sektorlarla qan donorluğu sahəsində yaxından əməkdaşlıq etmək, eyni zamanda Bakı və regionlarda bu istiqamətdə aparılan işin daha da gücləndirilməsinə dəstək verməkdir. Həmçinin qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı gənclər arasında təbliğatın gücləndirilməsinə xidmət etməkdir.
Qeyd edək ki, qan vermə aksiyaları və təbliğat xarakterli tədbirlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və Talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində təşkil olunur.

RƏYLƏR