Azərbaycan Qran-prisi: "Formula 2"də qalib bəlli oldu (YENİLƏNİB)

OXUNUB: 306 İDMAN
"Formula 2" üzrə Azərbaycan Qran-prisində son - əsas yarış başa çatıb.

7NEWS.az-ın məlumatına görə, "Hitech Grand Prix"dən Yuri Vips bütün rəqiblərini geridə qoyaraq qalib olub.

"Prema Racing"dən Oskar Piastri ikinci, onun komanda yoldaşı Robert Şvartsman isə üçüncü yeri tutub.

Qeyd edək ki, Saat 14:10-da "Formula 1"də pilotların paradı başlayacaq, ardınca açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 16:00-da "Formula 1"də əsas yarışa start veriləcək və yekunda qalib müəyyənləşəcək.
 
12.52

"Formula 2" üzrə Azərbaycan Qran-prisinin son - əsas yarışı start götürüb.

Qaynarinfo-nun məlumatına görə, təxminən bir saatdan sonra qalib bəlli olacaq.

Saat 14:10-da "Formula 1"də pilotların paradı başlayacaq, ardınca açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 16:00-da "Formula 1"də əsas yarış starta veriləcək və yekunda qalib müəyyənləşəcək.

RƏYLƏR