Azərbaycan-Rusiya sərhədində avtomobillərin hərəkəti bərpa olundu – YENİLƏNİB

OXUNUB: 1084 SOSİAL

Bu gün səhərdən etibarən Azərbaycan-Rusiya sərhədində normal hərəkət bərpa olunub. 

İcmal.Az xəbər verir ki, bu barədə Report-un Rusiya bürosuna Dərbənd Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin rəhbəri Telman Hacəliyev bildirib.

Qeyd edək ki, daha əvvəl Dağıstan Daxili İşlər Nazirliyinin nümayəndəliyi Azərbaycanla sərhəddə minik və yük maşınlarından ibarət böyük tıxacın yarandığını bəyan etmişdi. "Ənənəvi olaraq avqustun sonlarında Rusiyada yaşayan azərbaycanlıların istirahət üçün gedikləri öz ölkələrindən geri dönməsi vəziyyəti qəlizləşdirmişdi. Bu vaxtlar sərhəddə həmişə tıxaclar yaranır", - T.Hacəliyev vurğulayıb.

Onun sözlərinə görə, hazırda sərhəddə bir çox azərbaycanlı taksi sürücüsü fəaliyyət göstərir və onlar vətəndaşlara daşınma ilə bağlı yaranmış problemləri həll etməyə yardım göstərir.

"Bu gün səhərdən hər şey normal axarına düşüb. Bunu bilavasitə sərhəddə çalışan taksi sürücüləri də təsdiq edir", - Dərbənddəki Azərbaycan diasporunun rəhbəri bildirib

08:37

Azərbaycan-Rusiya sərhədində avtomobil tıxacı yaranıb. Hazırda onun səbəbləri araşdırılır.

İcmal.Az Report-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Dağıstan üzrə Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Azərbaycan və Dağıstan sərhədində avtomobillərin hərəkəti xeyli çətinləşib, tıxac yaranıb”, - deyə məlumatda bildirilir.

Əraziyə Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin əməkdaşları cəlb olunub.

Səhər saatlarında Azərbaycanda hərbi hissənin ərazisində baş verən partlayış səbəbindən Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılıb. Lakin axşam saatlarında məhdudiyyət aradan qaldırılıb.

 

İcmal.Az

RƏYLƏR