Məlum olduğu kimi, iki gün əvvəl təhsil naziri Emin Əmrullayev Azərbaycan Texniki Universitetinə (ATU) yeni prorektor təyinatı ilə bağlı əmr imzalayıb. Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsinə Kamran Rəsulov təyin olunub.
Sosial şəbəkələrdə yeni prorektorun daha əvvəl bu vəzifəni icra edən Abuzər Mirzəliyevin kürəkəni olduğu və nazirin qayınatanı kürəkənlə əvəz etdiyi bildirilir.
"Qafqazinfo” sosial şəbəkələrdə müzakirələrə səbəb olan məlumata aydınlıq gətirmək üçün universitetin mətbuat xidməti ilə əlaqə saxlayıb.
Məlum olub ki, Abuzər Mirzəliyev ay yarım öncə səhhəti ilə əlaqədar öz ərizəsi ilə işdən ayrılıb. Onun tutduğu vəzifə isə İnzibati təsərrüfat işləri üzrə prorektor vəzifəsi idi”.