Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri arasında qərargah danışıqları keçirildi

OXUNUB: 589 SOSİAL

Azərbaycan Respublikasının Hərbi Hava Qüvvələri və Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin nümayəndələri arasında Bakı şəhərində qərargah danışıqları keçirilib.

MN-dən İcmal.Az-a verilən məlumata görə, mütəxəssislərin iştirakı ilə keçirilən görüşdə hərbi, hərbi təhsil sahələrində əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri, birgə planların dəqiqləşdirilməsi və digər istiqamətlərdə fikir mübadiləsi aparılıb.

Qonaqlar HHQ-nin hərbi hissələrini ziyarət ediblər.

İcmal.Az

RƏYLƏR