Azərbaycan vətəndaşının Ukraynaya girişinə qadağa qoyuldu

OXUNUB: 795 DÜNYA

Ukrayna Krıma qanunsuz səfərlə əlaqədar Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Azərbaycan vətəndaşları olan 9 nəfərin 3 il ərzində ölkəyə girişinə qadağa qoyub.

Bu barədə bu gün Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Beredyan sərhəd dəstəsi sərhəd nəzarəti zamanı üzə çıxarıb ki, Özbəkistanın 6, Qazaxıstanın 1, Qırğızıstanın 1 və Azərbaycanın 1 vətəndaşı Krıma fəaliyyətini dayandırmış sərhəd-keçid məntəqəsindən daxil olub, Krıma səfərlə bağlı xüsusi icazəyə malik olmayıblar. Həmin şəxslər sərhədi "Çonqar” sərhəd-keçid məntəqəsindən keçməyə cəhd edərkən saxlanılıblar./apa

 

İcmal.Az

RƏYLƏR