Azərbaycanda 14 yaşlı qızı sevgilisinin dostu aldı: "Bilmirik, 4 uşaq kimdəndir" - VİDEO

OXUNUB: 817 HADİSƏ
14 yaşındaki qızı sevgilisinin 22 yaşlı dostu aldı.

İcmal.Az a24.az-a istinadən xəbər verir ki, "Səni Axtarıram" verilişinə bir müddət öncə evində paranormal hadisələr olduğunu iddia edən ailə müraciət etmişdi. İndi isə həmin ailə başqa bir məsələyə görə efirə gəlib. Belə ki, anormal hallar yaşayan Günayın əri Muradın əmisi efirə qoşularaq hər kəsi şoka salan sözlər deyib. O, bildirib ki, Murad həmin 14 yaşlı qızı məcbur olub alıb. "O vaxtlar Günayın başqa bir sevgilisi var idi, həmdə Muradın dostu idi. Daha sonra o oğlan uzaqlaşıb qızdan. Qız da Murada qalıb. Məcbur olub alıb onu. İndi bilmirik 4 uşaq kimindir. Biz bu gün televiziyada gördük o uşaqları. İndiyə kimi onaların varlığından xəbərimiz yox idi" – Ərinin əmisi deyib. Qeyd edək ki, Günayın yoldaşı Murad 4 aydır ki, evdən çıxıb gedib. Muradın əmisi Əkrəm bəy isə deyir ki, Murad onlarla qohum olduqdan sonra heç bizə gəlib getmirdi.

 
İcmal.Az

RƏYLƏR