Azərbaycanda 20 yaşlı hamilə qadının DƏHŞƏTLİ SONU

OXUNUB: 967 HADİSƏ

Ötən gecə Göyçay rayonunun Hacalıkənd kəndində intihar hadisəsi baş verib.

 

Kənd sakini, 1997-ci il təvəllüdlü Salmanova Fəridə Kərəm qızı yaşadığı evin zirzəmisində özünü asaraq həyatına son qoyub. Gənc qadının ailə üzvləri onun öz əcəli ilə öldüyünü bildirərək dəfn etməyə çalışsa da, sonradan onun intihar etdiyi məlum olub.

 

Bildirilir ki, 20 yaşlı Fəridə ailəli, 1 uşaq anası olub. O, bibisi oğlu ilə ailə həyatı qurubmuş. Lakin həyat yoldaşının radikal dini təriqətlərdən birinə üzv olması səbəbindən ailədə narazılıqlar yaranırmış. O da məlum olub ki, F.Salmanova bir neçə aylıq hamilə olub.

 

Faktla bağlı Göyçay rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir./lent

 

 

İcmal.Az

RƏYLƏR