Azərbaycanda 486 insan alverçisi məsuliyyətə cəlb olunub

OXUNUB: 707 SOSİAL

"Azərbaycanda insan alverinə qarşı mübarizə daim həssas məsələ olub”.

Bunu Daxili İşlər Nazirliyinin (DİN) İsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Heydər Heydərov deyib.

O bildirib ki, 2005-ci ildə Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində qanun qəbul edilib: "Azərbaycanda il ərzində törədilən cinayətlərin bir faizdən azı insan alveri cinayətinin payına düşür. Məsələn, 2015-ci ildə 26916 cinayət işindən yalnız 128-i insan alveri cinayətidir. 12 ildən artıq vaxtda 1078 cinayət işi araşdırılıb. Bu müddətdə 486 insan alverçisi məsuliyyətə cəlb olunub. 761 insan alveri qurbanı müəyyənləşdirilərək,  cəmiyyətə inteqrasiya edilib”.

İcmal.Az

RƏYLƏR