Azərbaycanda 9 yaşa qədər 66 uşaq koronavirusa yoluxub

OXUNUB: 1025 SOSİAL

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti mətbuat konfransı keçirilib.

Musavat.com xəbər verir ki, mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov və TƏBİB-in rəhbəri Ramin Bayramlı iştirak edib.

Ramin Bayramlı Azərbaycanda koronavirusa yoluxma hallarında qeydə alınan yaş qrupları ilə bağlı da məlumat verib.

Məlumata əsasən Azərbaycanda 0-9 yaş arası 66 nəfər, 10-19 yaş arası 60 nəfər, 20-29 yaş arası 175 nəfər, 30-39 yaş arası 214 nəfər, 40-49 yaş arası 198 nəfər, 50-59 yaş arası 248 nəfər, 60-69 yaş arası 157 nəfər, 70-79 nəfər yaş arası isə 56 nəfər virusa yoluxub.

R.Bayramlı uşaqların səhhətində ciddi problemin olmadığını və onların nəzarət altında olduqlarını bildirib.

RƏYLƏR