Azərbaycanda AİLƏ DƏHŞƏTİ: Həbsdən çıxandan sonra bacısına sataşan kişini...

OXUNUB: 703 SOSİAL
Bakıda "bomj"u qətlə yetirməkdə təqsirləndirilən Natiq Abbasovun məhkəməsi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Natiq Abbasov 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında N. Abbasovun 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, qətl keçən il noyabrın 25-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yuri Batanovun (baş nahiyəsində döyülməyə xarakterik) meyiti tapılıb.

Yuri Batanov 'bomj" həyatı yaşayıb.

Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Natiq Abbasov tutulub.

Təqsirləndirilən şəxs ilkin ifadəsində "bomj"u bacısına söz atdığı üçün qətlə yetirdiyini bildirib./big
 
İcmal.Az

RƏYLƏR