Azərbaycanda arı sancmasından ölüm hadisəsi baş verib

OXUNUB: 673 HADİSƏ

Bakıda arı sancmasından ölüm hadisəsi baş verib.

Hadisə Sabunçu rayonunun Zabrat qəsəbəsində qeydə alınıb.

1993-cü il təvəllüdlü İmanlı Cavid Telman oğlunu arı sancıb. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Zərərçəkmişə sağ yuxarı ətrafın başlayan fleqmonası diaqnozu qoyulub. Lakin həkimlərin səylərinə baxmayaraq, C.İmanlı xəstəxananın Reanimasiya şöbəsində dünyasını dəyişib.

Ölümün dəqiq səbəbləri araşdırılır./report

 

İcmal.Az

RƏYLƏR