Azərbaycanda buynuz qişası əməliyyatına başlanılıb

OXUNUB: 521 SOSİAL

Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində gözün buynuz qişası əməliyyatının aparılmasına başlanılıb.

İcmal.Az məlumat verir ki, bunu Milli Məclisin (MM) Səhiyyə komitəsinin iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri qeyd edib ki, bu əməliyyat hər klinikada aparıla bilməz:

"Ola bilər ki, hələ digər tibb müəssisələrinə gözün buynuz qişasının gətirilməsinə icazə verilmir”.

Komitənin sədr müavini Musa Quliyev isə xatırladıb ki, gözün buynuz qişasının ölkəyə gətirilməsi ilə bağlı Nazirlər Kabineti qaydaları təsdiqləyib:

"Təbii ki, gözün buynuz qişasını ölkəyə hər kəs gətirə bilməz”.

Xatırladaq ki, ötən il Azərbaycan prezidenti İlham Əliyev "Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası prezidentinin 2005-ci il 12 sentyabr tarixli, 292 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, gözün buynuz qişasının Azərbaycana idxalına və ölkədə transplantasiyasına icazə verilib.

İcmal.Az

RƏYLƏR