Azərbaycanda ən çox mənzillərdəki səs-küydən şikayət edirlər

OXUNUB: 686 SOSİAL

"Bizə gələn şikayətlərin 30-40 faizi mənzillərdəki səs-küylə əlaqəlidir".

Bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epideimologiya Mərkəzinin (RGEM) şöbə müdiri Ziyəddin Kazımov deyib.

Onun sözlərinə görə, RGEM tərəfindən hər il yaşayış binalarının zirzəmilərində epidemioloji araşdırmalar aparılır:

"Zirzəmilərə daxil olan suların bir qismi kommunikasiya xətlərinin nasazlığından, bir qismi qurunt sularından, bir qismi isə digər qarışıq sulardan daxil olur. Son araşdırmalara görə, Bakı üzrə 240-a yaxın zirzəmisi sulu olan bina var. Bununla bağlı müvafiq dövlət qurumlarına dəqiq ünvanlar qeyd olunmaqla məktublar göndərilib. Onların nəzərlərinə qeyd olunan ərazilərdə mühəndis-texniki işlərin aparılmasının vacibliyi çatdırılıb".

Z.Kazımov onu da qeyd edib ki, bu xüsusilə birinci mərtəbədə yaşayan insanların səhhətində ciddi problemlərə yol aça bilir:

"Əgər zirzəmidə nəmişlik varsa, birinci mərtəbədə yaşayanlar arasında tənəffüs sistemi xəstəliklərinin, o cümlədən ağciyər xəstəliklərinin yaranması riski də artır. Zirzəmilərdə suyun olması qətiyyən yolverilməzdir"./publika

İcmal.Az

RƏYLƏR