Azərbaycanda “Holokost həftəsi” keçirilir

OXUNUB: 535 SOSİAL

Yanvarın 23-dən 27-ə kimi Azərbaycanda  yəhudi soyqırımı qurbanlarının anılması ilə bağlı "Holokost həftəsi” keçirilir. Tədbir BMT-nin Azərbaycandakı nümayəndəliyi və İsrail səfirliyi tərəfindən təşkil olunub.

İcmal.Az APA-ya istinadən xəbər verir ki,  BMT-nin Azərbaycandakı nümayəndəliyi,  bir həftə ərzində müxtəlif təhsil ocaqlarında sərgilərin keçirəcəyini, "Holokost övladları” adlı sənədli filmin nümayiş olunacağını bildirib.

Anım tədbirləri  ADA universiteti, Bakı Oksford məktəbi və Binəqədi rayonunda yerləşən Gənclər evində keçiriləcək.

İcmal.Az

RƏYLƏR