Azərbaycanda ilk: Süni intellekt dəstəyi ilə tibbi reabilitasiya artıq evinizdə

OXUNUB: 20 SOSİAL
 7News.Az Klinik.mediaya istinadən xəbər verir ki, reabilitasiya üzrə mütəxəssis Dr. Rəhimə Atəşin rəhbərliyi ilə fəaliyyət göstərən Rəhimə Atəş Fizioterapiya və Reabilitasiya Mərkəzi Azərbaycanda ilk dəfə tibbi reabilitasiya prosesini süni intellekt texnologiyası ilə dəstəkləyən "Becure” onlayn mobil tətbiqini istifadəyə verib.

Rəqəmsal səhiyyə sahəsində innovativ həll kimi təqdim olunan "Becure” tətbiqi pasiyentlərə həkim tərəfindən təyin edilmiş tibbi reabilitasiya proqramını və tibbi idman hərəkətlərini ev şəraitində, mütəxəssis nəzarətini itirmədən yerinə yetirməyə imkan yaradır. Tətbiq xüsusilə onurğa və oynaq problemləri, travmalardan sonrakı bərpa dövrü, həmçinin müxtəlif ortopedik və nevroloji xəstəliklərdən əziyyət çəkən şəxslər üçün nəzərdə tutulub.

Tətbiqə inteqrasiya olunmuş süni intellekt sistemi tibbi idman hərəkətlərinin icrası zamanı istifadəçinin hərəkətlərini real vaxt rejimində analiz edir, hər bir hərəkətin düzgün yerinə yetirilib-yetirilmədiyini qiymətləndirir, proqramın icra effektivliyini hesablayır və bütün məlumatları avtomatik olaraq müalicəni aparan mütəxəssisə ötürür. Bu yanaşma pasiyentin ev şəraitində tibbi reabilitasiya proqramını təhlükəsiz və düzgün şəkildə icra etməsinə şərait yaradır.

Beləliklə, pasiyentlər "Hərəkətləri düzgün yerinə yetirirəmmi?” sualı ilə bağlı narahatlıq yaşamadan onlara təyin edilmiş tibbi idman hərəkətlərini davam etdirə bilir, müalicəni aparan mütəxəssis isə məsafədən onların vəziyyətini izləyərək tibbi reabilitasiya proqramını ehtiyac olduqda operativ şəkildə yeniləyə və fərdiləşdirə bilir.

Mərkəzdən bildirilib ki, "Becure” tətbiqinin əsas məqsədi tibbi reabilitasiya xidmətlərini daha əlçatan etmək, müalicənin effektivliyini artırmaq və pasiyentlərin mütəxəssis nəzarəti altında, vaxt və məkan məhdudiyyəti olmadan bərpa prosesini davam etdirməsinə şərait yaratmaqdır.

Qeyd edək ki, tətbiqi yükləmək və fərdi tibbi reabilitasiya proqramına qoşulmaq üçün Rəhimə Atəş Fizioterapiya və Reabilitasiya Mərkəzinin rəsmi profilində yerləşdirilən keçiddən istifadə etmək mümkündür.

"Becure” mobil tətbiqinin funksiyaları və istifadəsi ilə bağlı Dr. Rəhimə Atəşin ətraflı izahını təqdim edən videonu izləyə bilərsiniz.
 
 
 

RƏYLƏR