Azərbaycanda müəllimlərin attestasiyası ləğv olunur

OXUNUB: 615 SOSİAL

Azərbaycanın dövlət ümumtəhsil müəssisələrində müəllimlərin attestasiya ləğv edilir.

İcmal.Az-ın APA-ya istinadən məlumatına görə, bununla bağlı Əmək Məcəlləsinin 66-cı (Attestasiya olunmayan işçilər) maddəsinə yeni bənd əlavə edilir.

Yeni bəndə əsasən, "Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlər” attestasiya olunmayacaqlar.

Qeyd edək ki, digər dəyişikliklə Azərbaycanda müəllimlərin sertifikasiyası təklif olunur.

Layihə Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

İcmal.Az

RƏYLƏR