Azərbaycanda müxbirlər minaya düşərək həlak oldu, yaralılar var - YENİLƏNİB + FOTO

OXUNUB: 613 SOSİAL HADİSƏ

Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən Azərbaycan Televiziyasının çəkiliş qrupu Susuzluq kəndi ərazisində minaya düşüb.

İki jurnalistin həlak olduğu hadisə zamanı AzTV-nin rejissoru Emin Məmmədov, avtobusun sürücüsü və kənd sakini yaralanıblar.

12.41

 Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və "Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

Bu barədə "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC məlumat yayıb.

 

RƏYLƏR