Azərbaycanda seyidlik vəsiqələri verilir: QMİ-nin xəbəri varmı? – FOTO

OXUNUB: 794 SOSİAL

Azərbaycanda Seyid Ağa vəsiqələri verilir. 

Belə vəsiqələrdən birinin fotoşəkli sosial şəbəkədə müzakirə mövzusu olub.

Tağıyev Elnur Mirverdi oğlunun seyidliyini təsdiqləyən sənəd QMİ-nin cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov tərəfindən verilib. Sənəd onun imzası və şəxsi möhürü ilə təsdiqlənib.

Sənəddə qeyd edilən 21313 rəqəmi, böyük ehtimalla, seyidlərə verilən belə vəsiqələrin sayını göstərir.

Qafqaz Müsəlmanları İdarəsinin bu səlahiyyətə malik olduğu barədə ictimaiyyətin məlumatsızlığı sənədin həqiqiliyini şübhə altına salıb.

Qeyd edək ki, Məhəmməd Peyğəmbərin (s.ə.s) nəslindən olan müsəlmanlara seyid deyilir.

 İcmal.Az


RƏYLƏR