“Azərbaycanda sosial həyata başlamaq zamanıdır”- Professor

OXUNUB: 615 SOSİAL
"Sosial həyata başlamaq zamanıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla bildirib. Onun sözlərinə görə, koronavirus yayılan bütün ölkələrdə artıq həyat öz axarına düşüb:

"Hesab edirəm ki, Azərbaycanda həyat qaldığı yerdən davam etməlidir. Almaiyada artıq mağazalar fəlaiyyətə başlayıb. Azərbaycanda da buna uyğun getməlidir. Amma bunlar müəyyən şərtlər daxilində olmalıdır. İnsanlar sosial məsafə saxlamaqla, maskadan istifadə etməklə evdən çıxmalıdır. Hətta vaxtaşırı dezenfeksiya işləri də aparılmalıdır. Amma bu gün görünən nədir? Küçəyə çıxanda baxırsan ki, 15-20 adamın ağzında maska yox, yaxınlaşıb biri-biri ilə söhbət edir. Elə bil sanki belə bir virus yoxdur. İnsanlar təlimatlandırılmalıdır. Hətta bəzi məsələlər isə insanlardan tələb olunmalıdır”.

Adil Qeybullanın fikrincə, Azərbaycanda yumşalma bəzi şərtlər daxilində aparılmalıdr. 
 

RƏYLƏR