Azərbaycanda süni mayalanma yolu ilə cins ana arı yetişdirilib

OXUNUB: 834 SOSİAL

Azərbaycanda süni mayalanma yolu ilə cins ana arı yetişdirilib.

Bu barədə "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında deyilir.

Qeyd olunur ki, Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun tərkibində yeni Arıçılıq mərkəzi, həmçinin biri Arıçılıq mərkəzində, digəri isə Qax rayonunun Ləkit kəndində yerləşən özəl arıçılıq təsərrüfatında genofond arıxana yaradılıb. Süni mayalanma yolu ilə əldə edilən cins ana arı yetişdirilməsinə nail olunmuşdur.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə arıçılıqda süni mayalanma və ana arı yetişdirilməsi mövzusunda 2 təlim keçirilib, arıçılıq mərkəzinə 500 ədəd nukleus alınaraq genofond arıxanalara, 55 arı ailəsi isə Arıçılıq Mərkəzinə təhvil verilib. 255 cins ana arı yetişdirilərək arıçılıq təsərrüfatlarına satılıb.

Hesabatda bildirilir ki, "Azərbaycanda arıçılığın inkişaf etdirilməsi yolu ilə əhalinin gəlirinin artırılması” layihəsi hazırlanıb./trend

 

İcmal.Az

RƏYLƏR