Azərbaycanda torpaq davası: Əhalinin torpaq sahəsi əllərindən alınır – Saxlanılanlar var – VİDEO

OXUNUB: 1534 SOSİAL
Masallı rayonunun Sirəbil kəndinin sakinləri ilə yerli icra hakimiyyətinin nümayəndələri arasında mübahisə baş verib. Kənd əhalisini hiddətləndirən onların istifadəsində olan otlaq və əkin sahəsinə Masallı rayon İcra Hakimiyyətinin traktorları gətirməsi olub.

İcmal.Az xəbər verir ki, bu barədə bizimyol.info-ya kənd sakini Orxan Məmmədzadə bildirib. Onun sözlərinə görə, icra namyəndəsinə etiraz edən sakinlərdən iki gənc polis tərəfindən saxlanılıb. Saxlanılan şəxslər Zahid Hilalov və Elşad Dadaşovdur. Kəndin girişinə polis postu qoyulub.

"Keçən il də qonşu kənddə özbaşınalıq edilib. Amma sakinlər etiraz etmədi deyə, özbaşınalıq bizim kənddə də sıçradı. Əlimizdən almaq istədikləri kənd əhalisinin əkin və otlaq sahəsidir. Sakinlər qaz, işıq pulunu bu torpaqda əkdikdləri məhsuldan qazandıqları pul hesabına verirlər. Kənd əhalinin məşğuliyyəti əkinçilik və heyvandarlıqdır, başqa qazanc yeri yoxdur.

Torpaq sahəsini də əlimizdən alırlar. Haqqımızı tələb edirik adımızı müxalifətçi qoyurlar.

Deyilənə görə, icra başçısı burda dənli bitki olan çəltik əkmək istəyir”.

Məsələ ilə bağlı informasiya sorğusuna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İlham Babayev araşdırıb cavab verəcəyini bildirib.

 


 

RƏYLƏR