Azərbaycanda turistləri daşıyan avtobus aşdı - YENİLƏNİB + VİDEO + FOTO

OXUNUB: 1041 HADİSƏ

Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Qazax yolunda baş verən avtobus qəzası ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

İdarənin şöbə rəisi, polis mayoru Rüfət Quliyev İcmal.Az-a bildirib ki, Bakı-Qazax yolunun 79-cu km-də, Hacıqabul rayonu ərazisində baş vermiş yol qəzasında 18 nəfər yox, 1 nəfər xəsarət alıb:

"Hadisə günorta saat 12.30 radələrində üzü Bakı istiqamətində baş verib. 

Eyni istiqamətdə hərəkətdə olan üç nəqliyyat vasitəsi toqquşub. 

"Kamaz” arxadan "Mercedes”, "Setra” markalı sərnişin avtobusu isə "Kamaz”a çırpılıb. Nəticədə 60 nəfərin olduğu avtobusda yalnız 1 nəfər – sürücü xəsarət alıb. 

Digər 18 nəfər isə stress və şok vəziyyətində olduğu üçün tibbi yardım göstərilib”.

Hazırda hadisənin səbəbləri araşdırılır.

15:08

Hacıqabul rayonunda qəzaya uğrayan Tbilisi-Bakı sərnişin avtobusunda xəsarət alanlardan daha 17 nəfərin adı məlum olub. 

İcmal.Az Report-a istinadla xəbər verir ki, onların hamısı Gürcüstan vətəndaşlarıdır. 

Yaralıların siyahısını təqdim edirik: 

1. Qvanca Makhabelli - 2000-ci il təvəllüd 

2. Orbalişvili Petri Qadiroviç sürücü - 1971-ci il təvəllüd

3. Anna Qavuaşvili - 1983-cü il təvəllüd

4. Tamar Okronidze - 1972-ci il təvəllüd

5. Georgi Okronidze. Tamar Okronidzenin oğlu

6. Mariam Datviaşvili - 1995-ci il təvəllüd

7. Muriya Şuşaşin - 2002-ci il təvəllüd

8. Timatin Dokaşvili - 1976-cı il təvəllüd

9. Kuridze Qoderedze - 1991-ci il təvəllüd

10. Eka Telberaşvili - 1976-cı il təvəllüd

11. Vano Bluaşvili - 2000-ci il təvəllüd

12. Niktlo Lovjanidze - 1975-ci il təvəllüd

13. Mariya Lovjanidze - 2000-ci il təvəllüd

14. Quli Şatanaşvili - 1964-cü il təvəllüd

15. Vaxtanq Datvirili - 2000-ci il təvəllüd

16. Tamta Şatanyaşvili - 2000-ci il təvəllüd

17. Sofiya İskoveradze - 1988-ci il təvəllüd

Şirvan Şəhər Xəstəxanasına əlavə iki nəfər də xəsarət alan gətirilib. 

13:31

Bakı-Qazax yolunda aşan turist avtobusunun sərnişinləri orta məktəb şagirdləri və onların valideynləri olub.

İcmal.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, Gürcüstanın Qori şəhərindən olan orta məktəb şagirdləri və onların valideynləri Bakıya ekskursiyaya yollanıblar.

Avtobusda olan 20 uşaq və 10 valideyn müxtəlif dərəcəli xəsarətlər alıb.

 

13:31

Bakı-Qazax yolunda sərnişin avtobusu "KamAZ” markalı yük maşını və "Mercedes” markalı avtomobillə toqquşması nəticəsində 18 nəfər xəsarət alıb. 

Bunu İcmal.Az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib.

Onun sözlərinə görə, yaralılar müayinə üçün xəstəxanalara yerləşdirilir: 

"Hadisə yerinə dərhal Hacıqabul rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının və Şirvan şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları cəlb ediliblər. Zərərçəkmişlər Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına və Şirvan şəhəri Mərkəzi Xəstəxanasına yerləşdirilib”.

Səfayə Əhmədova qeyd edib ki, yaralıların həyatı üçün təhlükə yoxdur

13:05

Bakı-Qazax yolunda sərnişin avtobusu "KamAZ” markalı yük maşını və "Mercedes” markalı avtomobil toqquşub.

İcmal.Az-ın APA-ya istinadən xəbərinə görə, avtobusda Tbilisidən Bakıya gələn 54 turist olub.

Onlardan 20-yə yaxını xəsarət alıb.

Yük maşını və avtomobillə toqquşan avtobus yoldan çıxaraq kənardakı yaşıllıq zonasına girib.

12:33

Bakı-Qazax yolunda sərnişin avtobusu aşıb.

İcmal.Az-ın APA-ya istinadən xəbərinə görə, hadisə Hacıqabul rayonun Atbulaq qəsəbəsi ərazisində qeydə alınıb.

Çoxyerli avtobusun "KamAZ” markalı yük maşını ilə toqquşaraq aşdığı bildirilir.

İlkin məlumata görə, çoxlu sayda xəsarət alanlar var.

İcmal.Az

RƏYLƏR