Azərbaycanda türmədə yaralanan şəxsin KİMLİYİ BİLİNDİ: ƏSGƏR İMİŞ... - FOTO

OXUNUB: 1044 HADİSƏ
Bu gün səhər saatlarında Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Salyan rayonunun Yenikənd kəndində yerləşən, el arasında "Xələc türməsi” adı ilə tanınan 5 saylı cəzaçəkmə müəssisəsinin mühafizə xidmətində qulluq edən əsgər, 1998-ci ildə anadan olmuş Əyyublu Əyyam Mamay oğlu qarın boşluğundan aldığı güllə yarası ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Virtualaz.org saytının məlumatına görə, hazırda əsgərin üzərində cərrahiyyə əməliyyatı aparılır. Hələlik hadisənin hansı şəraitdə baş verməsi barədə rəsmi açıqlama verilməyib.

Faktla bağlı Respublika Hərbi Prokurorluğunda araşdırmalara başlanılıb.
 
İcmal.Az

Azərbaycanda türmədə yaralanan şəxsin KİMLİYİ BİLİNDİ: ƏSGƏR İMİŞ... - FOTO

RƏYLƏR