Azərbaycanlı aparıcının bacısı qızı bağçada döyüldü (FOTO)

OXUNUB: 767 SOSİAL

Aktrisa-aparıcı Zümrüd Qasımovanın 2 yaşlı bacısı qızı bağçada döyülüb.

İcmal.Az axşam.az-a istinadən bildirir ki, bu barədə aktrisa sosial şəbəkədə azyaşlının fotosunu paylaşaraq yazıb:

"2 yaşı olmamış həyatın ilk zərbəsini görür. Uşağın belindəki göy izlər 181 saylı uşaq bağçasının "tərbiyəçisi"nin uşağı tərbiyələndirmə metodudur. 3 gün bağçaya gedən 2 yaşlı uşağa bunu etmək olarmı? Bu "müəllimə" adlandırdığımız tərbiyəçiləri işə kim götürür? Otaqlarda kamera quraşdırılıb. Sözsüz ki, həmin görüntüləri siliblər. Hədə-qorxudan sonra müdirə xanım zəng edib deyir ki, "Müəllimə uşaq dəcəllik elədiyi üçün çimdikləyib" və üzrxahlıq edir".

İcmal.Az

RƏYLƏR