Azərbaycanlı əsgərdən MƏKTUB: "Bilirəm ki, məni şəhid görmək istəyirsən"

OXUNUB: 757 SOSİAL
Nardaranlı əsgər Hüseyin Əlizadə cəbhədən atasına məktub göndərib. 

İnterAz xəbər verir ki, əsgərin atasına göndərdiyi məktubda cəbədəki vəziyyət və ordunun ruh yüksəkliyi haqqında məlumat verilib. 

Məktubu sizə təqdim edirik: 

"Canım Anam və Atam. Allahın Salamı olsun Sizə. Necəsiz samatçılıqdı? Nardaranda vəziyyət necədir? Kənd üçün çox darıxmışam. Canım Anam məndən nigaran qalmayın. Hər şey əladı. Əsgərlərimiz dua edir ki, əmr gəlsin. Day bir şey qalmayıb. Düşmən qorxur, qaçır. 

Hə, birdə deyim ki mənlə bir yerdə 4 nardaranlı uşaq cəhbədəyik. Birdə qonşu kənddən, Maştağadan var. Bütün əsgərlər can deyib, can eşidirik. Hə, canım atam, bilirəm ki, məni şəhid görmək istəyirsən. Sənin başını uca edəcəm həmişə. Şəhid olsam qoyma anam ağlasın. Ona deyərsən ki, İmam Hüseyin (ə) Kərbəlada 6 aylıq oğlundan keçdi. İnşallah hər şey yaxşı olacaq. Ləbbeyk, Ya Hüseyin. 

Hörmətlə: Əsgər Əlizadə Hüseyin!”
 
 
İcmal.Az

RƏYLƏR