Qeyd edək ki, Kamran Rumıniyada yaşasa da öz doğma dilində və türk dilində, eləcə də ingilis alman və rumın dilində sərbəst danışa bilir. Bundan başqa o, gənc olmasına baxmayaraq yaşadığı ölkədə aktiv siyasətlə də məşğul olur. Kamran Rumıniyanın bir sıra siyasət adamları ilə görüşləri və bir sıra layihələrdə onlarla əməkdaşlıqları da olur. Bir neçə gün öncə osə Kamranla bağlı daha bir xoş xəbər aldıq. Belə ki, Rumıniyanın Cluj-Napoca şəhərində Rumıniyada hazırda iqtidarda olan PNL (liberal milli partiyası) toplantı keçirib. Toplantıya həmyerlimiz də dəvət edilib. "Toplantıya Rumıniya siyasətinin tanınmış simaları qatılmışdı. Burada millət vəkilləri, Avropa Parlamentinin üzvləri də var idi. Həmçinin milli liberal partiyasının rəhbəri də burada idi. Bu toplantıya mənim də dəvət olunmağımın səbəbi isə mən də artıq bu partiyanın aktiv üzvlərindənəm. Təbii ki, tədbir öncəsi və elə tədbir zamanı da sözügedən deputatlarla, Avropa Parlamentində təmsil olunan siyasətçilərlə xeyli ünsiyətim oldu, onlarla ölkəmiz haqqında eləcə də ümumilikdə bir sıra ictimai siyasi məsələlər barədə müzakirələr apardıq”-deyə o bildirib. Kamrana həmin gün ölkənin aparıcı təşkilatlarından birinə rəhbər seçilmək təklifi də edilib. O deyib: "Bildiyiniz kimi Cluj-Napoca Rumıniyanın tələbələr şəhəri kimi tanınır. Burada demək olar ki, bütün ölkələrdən olan tələbəyə rast gəlmək olar. Bu tədbir və bir sıra görüşmələrdən sonra axşam yeməyinə də qatıldım ki, burada mənim Cluj-Napocanın tələbələrin liberal partiyasının vitse-başkanı kimi namizədliyim irəli sürüldü. Bu ayın sonunda bununla bağlı seçimlər olacaq və seçilib seçilməyəcəyim son qərarlardan sorna bəlli olacaq. İnşallah ümid edirəm ki, mənə göstərilən etimadı doğruldacağam və seçimi də mənim üzərimdə quracaqlar”.
Azərbaycanlı gəncin Rumıniyada partiya rəhbərliyinə namizədliyi irəli sürülüb

RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
Uşaqların rəqəmsal təhlükəsizliyi: Dünya uşaqları onlayn təhdidlərdən necə qorumalıdır?
25.11.2026, 09:52 / SOSİAL -
“ASAN xidmət” təcrübəsi Qazaxıstanla əməkdaşlıq müstəvisində
24.11.2026, 19:35 / Özəl, SOSİAL -
“İlk addım” layihəsi çərçivəsində sosial həssas yeniyetmələr üçün inkişaf və mentorluq proqramı həyata keçirilib
24.11.2026, 15:30 / Özəl, QHT, SOSİAL -
“ASAN AI HUB” “OECD.AI” PLATFORMASINDA
24.11.2026, 11:05 / SOSİAL -
REGİONAL EXPO GƏNCƏ 2026 sərgisinin rəsmi açılış mərasimi keçirilib
23.11.2026, 22:23 / SOSİAL -
Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsi keçirilib
23.11.2026, 16:51 / Özəl, SOSİAL -
Su təchizatı xidmətinin müvəqqəti dayandırılması və bərpasına dair müraciət qaydası - Surdotərcümə
23.11.2026, 16:05 / Özəl, SOSİAL, İQTİSADİYYAT
Xəbər lenti
KÖŞƏ
ƏN ÇOX OXUNANLAR
-
Özəl, HADİSƏ Qızıl Qaya şadlıq sarayında qalmaqal: Gözdən əlillər zəhərləndi, restoran rəhbərliyi onlara hücum etdi - İDDİA
-
GÜNDƏM, Özəl Zəfər Gününə həsr olunan şahmat turnirində qaliblər müəyyənləşdi (FOTOLAR)
-
Özəl, HADİSƏ Salyanda yenə ara qarışdı: "Aqro Park" İŞÇİLƏRİNDƏN PREZİDENTƏ VƏ BAŞ PROKURORA MÜRACİƏT