Azərbaycanlı Gürcüstandan ölkəmizə narkotik aparırdı

OXUNUB: 667 HADİSƏ

Dövlət Gömrük Komitəsi (DGK) Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun piyada xəttinə Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının üzərində qanunvericiliyin tələblərinə uyğun olaraq yoxlama aparılıb.

Bu barədə İcmal.Az-a DGK-dan məlumat verilib.

Məlumata görə, yoxlama zamanı həmin şəxsin əynindəki şalvarın arxa cibindən bitki yarpağına bükülü vəziyyətdə, qablaşdırılması ilə birlikdə çəkisi, təqribən, 0.3 qram olan narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR