Azərbaycanlı hakim "Yuventus"un oyununa təyinat alıb

OXUNUB: 701 İDMAN
Azərbaycan hakimləri UEFA Gənclər Liqasının oyunlarına təyinat alıblar. FİFA referiləri Rəhim Həsənov və Rauf Cabarovun başçılıq etdiyi briqadalar  U-19-ların avrokubok yarışında ədaləti qoruyacaqlar. Oktyabrın 23-də keçiriləcək "Liepaya” (Latviya) - "Porto” (Portuqaliya) matçında baş hakim Rəhim Həsənov, onun köməkçiləri Mübariz Haşımovla  Rza Məmmədov olacaq. 
Noyabrın 6-da baş tutacaq "Lokomotiv” (Rusiya) – "Yuventus” (İtaliya) qarşılaşmasında isə Rauf Cabarova baş hakimin köməkçiləri kimi Namik Hüseynovla Pərvin Talıbov yardım edəcək.

RƏYLƏR