Azərbaycanlı Çikaqoda klub yaratdı – VİDEO + FOTO

OXUNUB: 737 SOSİAL

Çikaqoda yaşayan həmyerlilərimiz yeni intellektual klub yaradıblar.

Yeni klub "Diplomat” adlandırılıb.

"Diplomat” İntellektual Oyunlar Klubunun yaradıcılarından olan Turyan Məmmədov bildirib ki, Azərbaycan mədəniyyətini, elmini, incəsənətini, ədəbiyyatını təbliğ etmək məqsədilə ABŞ-da ilk azərbaycandilli intellekt klub yaradılıb.

Artıq klub ilk turnirini də keçirib. 

O qeyd edib ki, bu turnirdə 3 komanda iştirak etsə də, gələcəkdə onların sayının  artacağına inanırlar.

T.Məmmədov bildirib ki, "Xəzər” və "İqtisadçı” İntellektual Klubları ilə birlikdə turnirlər keçirməyi, Azərbaycan mədəniyyətini ABŞ-da keçirilməsi nəzərdə tutulan ingilisdilli və azərbaycandilli oyunlarla yaymağı planlaşdırırlar.

Qeyd edək ki, ABŞ-da yaşayan çoxsaylı azərbaycanlılardan ancaq 300 nəfərə yaxın bir hissəsi Çikaqodadır.

Bu klubu yaratmaqda məqsəd həm də ABŞ-da yaşayan bütün azərbaycanlıları bir yerə toplamaq və ölkəmizin təbliğini daha da gücləndirməkdir.

Turnirlərdə Azərbaycan mədəniyyətini, elmini, incəsənətini, ədəbiyyatını və bir çox fərqli sekulyar mövzuları da özündə birləşdirən sual və cavablarla ABŞ vətəndaşlarına ölkəmizi daha da yaxından tanış etmək şansı qazanmış oluruq.

"Diplomat” İntellektual Oyunlar kılubu bu missiya ilə yola çıxıb. Həmyerlilərimiz intellektual uğurları ilə ABŞ-da öz adlarından söz etdirəcəklərinə əminik və onlara bu yolda uğurlar arzulayırıq./oxu

 

İcmal.Az

RƏYLƏR