Azərbaycanlı rüşvət verərək Ukraynaya keçmək istəyib

OXUNUB: 574 SOSİAL

27 yaşlı azərbaycanlı Rusiyadan Ukraynaya piyada keçib və gömrük əməkdaşlarını ələ almaqla bu ölkəyə daxil olmağa çalışıb. Onun qarşısını "Qoptovka” sərhəd-keçid məntəqəsinin əməkdaşları kəsib. 

İcmal.Az bununla bağlı Ukrayna KİV-ə istinadla xəbər verir. 

"Topoli” keçid məntəqəsində oxşar hadisə baş verib. "Kiyev-Bakı” sərnişin qatarında sənədləri yoxlayan zaman 52 yaşlı azərbaycanlı gömrük işçilərinə 200 dollar təklif edib ki, onu Ukrayna ərazisində qalma müddətini aşma ittihamı ilə həbs etməsinlər. Hər iki azərbaycanlı polis tərəfindən saxlanılıb. 

Gömrük işçilərinin sözlərinə görə, bu il ərzində 19 əcnəbi sərhədi keçmək üçün onlara pul təklif edib. 

İcmal.Az

RƏYLƏR