Azərbaycanlıların olduğu gəmi qəzaya uğrayıb – YENİLƏNİB

OXUNUB: 520 DÜNYA

Qara dənizdə, Krım sahilləri yaxınlığında zədələnmiş "Berq” yük gəmisi Türkiyə gəmiçilik şirkətinə məxsus olub.

Zədələnən gəminin ekipaj üzvləri səkkiz Ukrayna vətəndaşı və dörd azərbaycanlıdan ibarətdir. Gəmidə üç min tondan çox yükün daşındığı bildirilir.

Qəza yerinə xilasedici kater göndərilib. Bütün ekipaj üzvlərinin Feodosiyaya təxliyyə edildiyi xəbər verilir.

"Yük gəmisinin zədələnmiş hissəsi artıq təmir olunub”, - deyə Rusiya FHN-nin Cənubi Regional Mərkəzinin sədri bildirib.

"Gəminin sahibindən məlumat daxil olub ki, yardıma ehtiyac yoxdur. Korpusda əmələ gələn dəliyi öz gücləri hesabına aradan qaldıracaqlarını bildiriblər. Artıq dəliyi bağlayıblar”, - deyə o qeyd edib.

O əlavə edib ki, bərpa-təmir işləri yekunlaşdıqdan sonra gəmi yoluna davam edəcək. Rusiya FHN-nin məlumatına görə, Moldova bayrağı altında üzən yük gəmisi Azov dənizindən Türkiyə istiqamətinə hərəkət edib. Hazırda gəminin Feodosiya sahillərindən 15 kilometr aralıda dayandığı bildirilir. /oxu

10:15

Moldovaya məxsus yük gəmisi Qara dənizdə, Krım yaxınlığında zədələnib.

Gəminin ekipaj üzvləri təxliyyə edilib.

"Berq” yük gəmisinin korpusu zədələnib. Göyərtədə 12 nəfər olub”, -  agentliyin sözçüsü deyib.

O əlavə edib ki, gəmi Moldova bayrağı altında üzüb. Ekipaj heyətinə Ukrayna və Azərbaycan vətəndaşları daxildir. Hadisənin təfərrüatı araşdırılır./oxu

İcmal.Az

RƏYLƏR