“Azərişıq” əməkdaşını bıçaqlayan şəxs saxlanıldı

OXUNUB: 295 HADİSƏ
Bu barədə Sumqayıt şəhər prokurorluğundan 7NEWS.az-a məlumat verilib. Məlumatda deyilir ki, Dekabrın 13-ü saat 18 radələrində "Azərişıq” ASC-nin Sumqayıt Elektrik Şəbəkəsinin Enerji satış sahəsinin nəzarətçi mühəndisi Vaqif Bədəlova bıçaqla xəsarətlər yetirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Vaqif Bədəlov Sumqayıt şəhəri, 13-cü mikrorayon ev 36 ünvanında abonentin enerji xəttinə baxış keçirərək xidməti vəzifələrini yerinə yetirən zaman həmin ünvanda yaşayan Mübariz Mahmudov hakimiyyət nümayəndəsi Vaqif Bədəlovun kürək nahiyəsinə bıçaqla xəsarət yetirib zor tətbiq etməklə müqavimət göstərmişdir.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanmışdır.
Mübariz Mahmudov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.
Hazırda istintaq davam edir.

RƏYLƏR