"Azərsu"nun "əməkdaşı" “Coffee Go”ya getdi, 40 manat aldı, həbs olundu

OXUNUB: 194 GÜNDƏM
Bakıda özünü "Azərsu” ASC-nin əməkdaşı kimi təqdim edərək, məşhur "Coffee Go” mağazasından oğurluq edən şəxs həbs edilib. 

 1985-ci ildə Şuşa rayonunda anadan olmuş, 2-ci qrup əlil olan Anar (şərti) "Coffee Go” mağazasına yollanaraq, su pulu ödənişinin edilməsini istəyib. Mağazadan "Azərsu"nun "əməkdaşı"na 40 manat ödəniş edilib.

Sonradan məlum olub ki, su pulu alan Anar idarənin əməkdaşı deyil. Buna görə, polisə məlumat verilib. O, polisə ifadəsi zamanı əməlini etiraf edib. 

Məhkəmə Anarın 2-ci qrup əlil olmasını nəzərə alaraq, 200 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edib./Qaynarinfo

RƏYLƏR