"Ağzından siqaret, söyüş əskik olmur, camaat ətəyində namaz qılır" - Xatirə

OXUNUB: 1040 ŞOU-BİZNES
Müğənni Xatirə İslam "Hər şey daxil" verilişində qonaq olub.

Xanım ifaçı həmkarının ünvanına söz atıb. O bildirib ki, Azərbaycanda elə müğənni var ki, camaat ona ətəyində namaz qılınacaq qədər hörmət edir:

"Halbuki həmin müğənninin ağzından siqaret, dilindən söyüş əskik olmur. Həmin müğənni xanım həmkarımdır. Təqdimatı başqa cür gedib. İnsanda bəxt gözəl şeydir".

Aparıcı Tolik də Xatirənin sözlərinə haqq qazandıraraq sosial şəbəkələrdə dinlə bağlı paylaşım edən məşhurlara iradını bildirib:

"Bu gün müğənnilərin 90 faizi olub dindar. Elə müğənnilər var ki, səhər imsakı, axşam iftarı paylaşır. Allaha sevgi ürəkdə olur, instagramla ölçülmür. Ona görə də heç kimin bostanına daş atmaq lazım deyil"./big


 

İcmal.Az

RƏYLƏR