"Azsığorta” şirkətinin İdarə Heyətinin sədri işdən çıxarılıb.
FED.az xəbər verir ki, sədr Natiq Namazov şirkət sahibinin qərarı ilə vəzifədən kənarlaşdırılıb.
Qeyd edək ki, N.Namazov bu vəzifəyə 2019-cu ilin dekabrında təyin edilib. Ondan əvvəl isə "Azsığorta” sahiblərinə məxsus "AFB Bank”ın İdarə Heyəti sədrinin müavini olub.