Babçenkoya qarşı sui-qəsdin təşkilatçısı həbs olunub – YENİLƏNİB

OXUNUB: 611 DÜNYA

Kiyev məhkəməsi rusiyalı jurnalist Arkadiy Babçenkoya qarşı sui-qəsdin təşkilində şübhəli bilinən şəxs barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib.

İcmal.Az xəbər verir ki, bu haqda Ukrayna KİV-də məlumat yayılıb.

Hakim Viktoriya Svitliskinin qərarına görə, şübhəli şəxs – "Şmayser” silahını istehsal edən müəssisənin direktoru Boris Qerman - girov müqabilində şərti azadlığa çıxa bilməyəcək.

İcmal.Az

RƏYLƏR