Türkiyənin İstanbul şəhərində yerləşən uşaq bağçalarından birində qalmaqallı hadisə baş verib.
Fulya ərazisində fəaliyyət göstərən uşaq bağçasında işləyən Yasəmin adlı müəllimə uşaqları cinsi istismara məruz qoyub.
Bağçadakı uşaqların qarşısında soyunaraq sinəsinə toxunmalarını istəyən müəlliməni cinsi istismarda ittiham edən valideynlər İstanbul Məhkəməsindən qadına 50 il həbs cəzası tələb ediblər.
İstanbul Ağır Cəza Məhkəməsində Yasəmin adlı müəllimə ittihamları qəbul etmədiyini deyib.
3 yaşlı fiziki qüsurlu uşağın cinsi istismara məruz qaldığına dair gizli çəkilmiş görüntülər məhkəmədə dəlil olaraq istifadə olunub. Görüntülərdə uşağın paltarını batırıb-batırmadığını yoxladığını deyən müəllimə özünə bəraət tələb edib.
Qərar məhkəmənin növbəti iclasında təyin ediləcək./publika
İCMAL.AZ


























