Bağçalarda zəhərlənmə halları nədən yaranır? - İmran Abdullayev açıqladı

OXUNUB: 523 SOSİAL

"Dövlət bağçalarında və özəl bağçalarda xüsusi qida rasionlarında müəyyən çatışmazlıqlar var".

Bunu Respublika Gigiyena və Epidemoloji Mərkəzin direktoru İmran Abdullayev deyib. Onun sözlərinə görə, bütün bağçalarda azyaşlılar üçün xüsusi menyuların tərtibinə diqqət ayrılır:

"Aparılan araşdırmalarda müəssisələrdə bu normaları pozan rəhbərliklər müvafiq qaydalara uyğun cəzalandırılır. Qeyd edim ki, Bakı Şəhər İcra Hakimiyyəti nəzdində olan qrumlar bağçaları qida ilə təmin edir. Və burada xüsusi standartlar yoxdur. Hər bağçada uşaqların yaş həddi, orqanizmi nəzərə alınır. Məsələn, hər bir uşağa 23 qr kərə yağı düşürsə, uşağın yaş həddi (3-6 yaş), orqanizmi (piylənməyə meyillilik və s.) nəzərə alınaraq azaldıla bilir. Qida rasionu azyaşlılar üçün olduqca önəmlidir və bu kimi norma pozuntuları kəskin şəkildə işıqlandırılmalıdır".

İ.Abdullayev onu da qeyd edib ki, bağçalarda zəhərlənmə halları da qidaların standartlara uyğun şəkildə saxlanılmaması ilə əlaqəlidir:

"Ötən illə müqayisədə bu il bu kimi şikayətlər azalıb. Bağçalarda qidalar müəyyən normalara uyğun (3-7 günlük) saxlanılır. Buna nəzarət üçün xüsusi komissiya yaradılıb. Mövsüm ərzində dəfələrlə profilaktik tədbirlər aparılıb və heç bir gigiyenik norma pozuntusuna rast gəlinməyib"./publika

İcmal.Az

RƏYLƏR