Bağdadda 17 nəfər terror aktının qurbanı olub – YENİLƏNİB

OXUNUB: 598 DÜNYA

İŞİD terror qruplaşması İraqın paytaxtı Bağdadda törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

İcmal.Az-ın APA-ya istinadən məlumatına görə, bu barədə "Al Mayadeen” telekanalı xəbər verib.

Son məlumatlara əsasən, hadisə nəticəsində 17 nəfər ölüb, 28 nəfər yaralanıb. İraqın Daxili İşlər Nazirliyindən bildirilib ki, iki terrorçu avtomat silahlardan dinc sakinlərə atəş açıb. Polis əməkdaşları silahlılardan birini məhv edib, digəri özünü partladıb.

27.11.2017 13:41

Bağdadın cənubunda terrorçu-kamikadzelərin hücumu zamanı ən azı 12 nəfər ölüb.

Bu barədə "Əl-Ərəbiyə” telekanalı İraqın Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Partlayış nəticəsində daha 30 nəfər yaralanıb. Yerli hüquq-mühafizə orqanlarının əməkdaşları terrorçulardan birini zərərsizləşdirə biliblər, lakin bu zaman ikinci yaraqlı özünü partladıb.

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib. 

İcmal.Az

RƏYLƏR