Baham adalarında kriptovalyuta birjasının FTX rəhbəri həbs edilib

OXUNUB: 297 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Baham adalarının baş prokuroru Rayan Pinderin verdiyi yazılı açıqlamada FTX-in keçmiş baş direktoru Bankman-Fried-in Baham adaları polisi tərəfindən həbs edildiyi qeyd edilib. Açıqlamada Bankman-Fried-in həbsinin ABŞ-ın cinayət şikayəti və mümkün ekstradisiya tələbi ilə bağlı rəsmi bildirişindən sonra edildiyi bildirilib. Baham adalarının baş naziri Filip Davis "Baham adaları və Birləşmiş Ştatlar FTX ilə əlaqəsi olan, ictimai etimadı aldatmış və qanunu pozmuş hər hansı bir şəxsi məsuliyyətə cəlb etməkdə ümumi maraqlara malikdir”. -deyib.

7NEWS.az

RƏYLƏR