Bakı-2017: Gimnastımız gümüş medal qazandı

OXUNUB: 945 İDMAN

Azərbaycan gimnastı Marina Nekrasova Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının idman gimnastikası yarışlarında dayaqla tullanmada gümüş medal qazanıb.

İcmal.Az xəbər verir ki, onun yekun nəticəsi 13.750 bal olub.

Bu növdə qızıl medala Özbəkistan idmançısı Oksana Çusovitina (14.250), bürünc medala isə İndoneziya təmsilçisi Rifda İrfanalutfi (13.025) yiyələnib.

 

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

 

İcmal.Az

RƏYLƏR