Bakı-2017: Roman Heydərov yarımfinalda

OXUNUB: 992 İDMAN
Azərbaycan karateçisi Roman Heydərov Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində karate üzrə yarışlarda (kata) yarımfinala çıxıb.

İcmal.Az-ın Trend-ə istinadən məlumatına görə, o, dörddəbir finalda iranlı rəqibi Abulfəzl Şahrcerdini 3:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

İcmal.Az

RƏYLƏR